Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək niyyətində olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bugünkü görüşünü şərh edərkən yazıb.
Diplomat qeyd edib ki, bu gündən etibarən o, Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafı üzrə missiyasına başlayacaq.
"Nazir Ceyhun Bayramovla ilk görüşümdən sonra bu məqsədlərə çatmaq üçün Fransa səfirliyinin bütün kollektivi, Azərbaycandakı Fransız İnstitutu və ölkələrimiz arasında münasibətləri saxlayanların hər biri ilə işləməyə hazıram!", - o vurğulayıb.
Hikmət Hacıyev: Azərbaycan minlərlə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir
Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb