Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.
“İki sahil” xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə (115 nəfər) köçürülür.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib