Ağdamda avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs həbs olundu.
“İki sahil” xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.
Belə ki, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib.
O, məhkəmənin qərarına əsasən 20 gün müddətin inzibati qaydada həbs olunub.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib