Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Ruanda Prezidentinə “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilat ilə müqavilə imzalandığı diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
“ASAN xidmət” təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Ruanda Prezidenti ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşün yekunlarına əsasən qurulub.
Bu çərçivədə cari ilin iyun ayında Dövlət Agentliyi ilə Ruandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib