Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub.
S.Abdulhəmidov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
"Report"
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib