ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, 50-dən çox ekspertin iştirak etdiyi tədbirdə “Dəyişən qlobal nizam şəraitində Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri və strateji tərəfdaşlığı”, “Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq və xarici siyasət prioritetləri”, “Enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi: Böyük Britaniya–Azərbaycan investisiya tərəfdaşlığı”, “Təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiya: Qlobal əməkdaşlıq üçün körpülərin qurulması” mövzuları müzakirə olunacaq.
Tədbir iki gün davam edəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - YENİLƏNİB/FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib