Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər Azərbaycan və Estoniya arasında dialoqun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə intensivləşdirilməsinin vacibliyini vurğulayaraq, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını qeyd ediblər.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın regionda sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və Vaşinqton sammitinin yekunları barədə estoniyalı həmkarını məlumatlandırıb.
Tərəflər BMT və digər beynəlxalq platformalarda, ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib