Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, qurumun rəsmi "X" hesabındakı paylaşımda deyilir:
"Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcəkdir. "Bir millət, iki dövlət" devizi ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaqdır".
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib