Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.
"İki sahil" Azərbaycan XİN-in rəsmi "X" hesabına istinadən xəbər verir ki, E.Məmmədov sessiya çərçivəsində "Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi" mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib. Nazir müavini çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə diqqət çəkib, həqiqətin və ədalətin təmin olunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib