27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və kollektivi Zəfər parkında olublar.
“İki sahil” xəbər verir ki, ADSEA-dan bildirilib ki, agentliyin kollektivi Zəfər parkında xatirə daşının önünə gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla yad edib.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib