AK nümayəndəsi Balás Uyvari bəyan edib ki, Avropa "təzminat krediti" təklifi çərçivəsində Ukraynaya kredit üçün Rusiyanın aktivlərini müsadirə etməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz Rusiyanın dondurulmuş aktivlərinə əsaslanan kompensasiya kreditlərinin Ukraynaya verilməsi üçün həll yolları üzərində işləmək niyyətindəyik və bu, Rusiyanın bu əsas aktivlərinə təsir etmədən çox vacibdir”, - deyə, o, qeyd edib.
Bundan əvvəl Rusiyanın Londondakı səfirliyi bəyan etmişdi ki, Qərb ölkələrinin dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı təklifləri münaqişənin uzanmasına səbəb olur.