Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində Avstraliya Senatının sədri Sue Lines ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, görüşdə G20 Parlament Sədrlərinin 11-ci Sammiti kimi parlament platformalarının ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, coğrafi uzaqlığa baxmayaraq Azərbaycan və Avstraliya dost ölkələrdir. Ölkələrimizin mövcud siyasi əlaqələri parlamentlərarası təmasların da möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunub ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti əməkdaşlıq münasibətlərinin daha da inkişafına mühüm və müsbət təsir göstərir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır