Quba rayonunun Alekseyevka kənd İnzibati Ərazi Dairəsinin Timiryazev kəndində yeni qazlaşdırılan yaşayış massivinə və Əlik kənd İnzibati Ərazi Dairəsinin Qrızdəhnə kəndinə mavi yanacağın verilməsi münasibətilə Timiryazev kəndində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, "Azəriqaz" İstehsalat Birliyinin yerli rəhbərliyi və nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinlərinin iştirakı ilə tədbir keçirilmişdir.
"İki sahil"in Şimal bürosu bildirir ki, ümimilikdə, rayon ərazisində 1500 evin yeni qazlaşdırılması həyata keçirilib ki, ondan 110 ev Timiryazev qəsəbəsində yerləşir.
Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan
“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” MONOQRAFİYASININ TƏQDİMATI KEÇİRİLİB
Aİ Ukrayna üçün 90 milyard avro yardımı və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib