Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxundu.
Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlandı.
Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirildi. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakı vurğulandı.
Hikmət Hacıyev: Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir
Emi Karlon: Bu müddət ərzində əldə edilən irəliləyiş bizi həqiqətən sevindirir