Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir.
“İki sahil” xəbər verir ki, bu sözləri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyinin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”, - deyə o əlavə edib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır