Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib.
“İki sahil” xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşıladılar.
Hikmət Hacıyev: Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir
Emi Karlon: Bu müddət ərzində əldə edilən irəliləyiş bizi həqiqətən sevindirir