Oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə dövlət başçılarının iki ölkə arasında əlaqələrin inkişafına mühüm önəm verdikləri, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, təhsil, gənclər və idman, turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan ilə Venesuelanın qlobal müstəvidə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində işbirliyini diqqət mərkəzində saxlayaraq bir-birinin mənafelərini müdafiə etdikləri, eləcə də ərazi bütövlüyü və suverenliyini dəstəklədikləri vurğulanıb. Ədalətli geosiyasi nizamın tərəfdarı olan hər iki ölkənin beynəlxalq hüquq normalarına əsaslanmaqla dünya miqyasında neokolonializmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə apardıqları bildirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Venesuela Vahid Sosialist Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub. Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün əlverişli zəmin formalaşdırdığı qeyd olunub, gənclər arasında təmasların sıxlaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır