Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə - olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
O qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və Türkiyədə çalışırlar.
"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur", - XİN rəsmisi bildirib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır