Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.
Sonra tədbirin yekun sənədləri imzalanıb.
İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib