Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
"1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - Prezidentin köməkçisi xatırladıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır