BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "İnsanlıq əleyhinə cinayətlər" mövzusunda keçirilən komitə iclasında Azərbaycanın bəyanatı səsləndirilib.
“İki sahil” xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev diqqətə çatdırıb.
İnsanlığa qarşı cinayətlərin beynəlxalq hüququn ən ciddi pozuntularından biri kimi tanındığını qeyd edən birinci katib bu cinayətlərin qarşısının alınması və cəzalandırılmasının beynəlxalq ictimaiyyətin ümumi məsuliyyəti olduğunu bildirib.
"Azərbaycan Respublikası insanlığa qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyanın hazırlanması istiqamətində Beynəlxalq Hüquq Komissiyasının işini yüksək qiymətləndirir. Biz bu sahədə vahid və hərtərəfli hüquqi çərçivənin yaradılmasını dəstəkləyirik", - birinci katib vurğulayıb.
"Azərbaycan bu prosesə sadiqdir və insan hüquqlarının və beynəlxalq humanitar hüququn qorunmasına töhfə verməyə davam edəcəkdir", - deyə T. Əliyev sözlərini yekunlaşdırıb.
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır