15 oktyabr 2025 11:00
135

Səfir: Ağdamda Belarus aqroşəhərciyinin inşası yüksək templə davam edir

Ağdam rayonunda Belarus aqroşəhərciyinin tikinti prosesi davam edir.

“İki sahil” xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycan-Belarus biznes forumu çərçivəsində jurnalistlərə bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan və Belarusun Baş nazirlərinin Ağdam rayonuna səfərindən sonra müəyyən irəliləyiş var.

"Əlbəttə ki, irəliləyiş var. Yarım il ərzində yeni bir zavod tikə biləcəyimizi təsəvvür etmək çətin olsa da, irəliləyiş var", - o vurğulayıb.