15 oktyabr 2025 13:35
160

Natiq Məmmədli: Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur

Vətən müharibəsi, Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur.

“İki sahil” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi çərçivəsində keçirilən "Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" mövzusunda panel sessiyada deyib.

Onun sözlərinə görə, Qarabağda Azərbaycan tarixinin yeni mərhələsi başlayır: "Orada yalnız yenidənqurma və bərpa işləri getmir. Qarabağ bu gün dirçəlir. İllər sonra Qarabağdakı qısa müddət ərzində bu dirçəliş barədə çoxlu suallar olacaq. Bu gün media həmin prosesləri işıqlandırır".

N.Məmmədli əlavə edib ki, müasir texnologiyalar jurnalistikaya da təsir edir: "Biz də jurnalistlərin yeni media mühitinə uyğunlaşması üçün tədbirlər görürük. MEDİA jurnalistlər üçün ildə 2 dəfə müsabiqə elan edir. Vətən müharibəsi, Qarabağın dirçəlişi bu müsabiqələrin, həmçinin Azərbaycan mediasının əsas mövzusudur".