Prezident İlham Əliyev "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli və "Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi, "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi barədə" 8 fevral 2023-cü il tarixli fərmanlarında dəyişiklik edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin bazasında Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.
Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi 165-dən 181-ə, o cümlədən regional turizm idarələri üzrə 88-dən 104-ə çatdırılıb.