15 oktyabr 2025 10:41
88

Artıq beş ildir ki, Füzulinin işğaldan azad olunmasının sevincini və qürürünü  yaşayırıq

Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən  artıq beş il ötür. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Ə- Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Prezident xalqa müraciətində Füzuli şəhərinin və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin işğaldan azad edildiyini bəyan etdi. Azad olunan ərazilərdə Azərbaycanın üçrəngli bayrağı yüksəldildi.  Bu  əməliyyat Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

İkinci Qarabağ müharibəsindəki  tarixi Qələbəmizdən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Müzəffər Ali Baş Komandan Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu möhtəşəm  hadisələr Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar. Vurğulamaq lazımdır ki, Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Bu gün Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur. Postmüharibə dövründə  Füzuli Beynəlxalq Hava Limanın sürətlə və qısa müddətə tikilərək istifadəyə verildi. Hava limanının açılış mərasimində  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Füzulidə, Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə abidə - 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi ucaldılıb. 2022-ci ilin sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti dəfə səfəri zamanı həmin xatirə lövhəsini ziyarət ediblər.

2023-cü ilin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Qarabağda dövlətimizini suverenliyinin tamamilə bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun hər kənd və qəsəbəsində  Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.

Bu bir gerçəklikdir ki, bir vaxtlar Füzulinin işğal gününü kədərlə qeyd edirdik. İndi isə artıq 5 ildir ki,  işğaldan azad olunan rayonun qürurunu  yaşayırıq. Ən başlıcası isə Füzulidə aparılan geniş tikinti-quruculuq işləri insanda dövlətinə və Ali Baş Komandanına güvənini daha da artırır. Bəli, birmənalı olaraq deyirik ki, Azərbaycan dövləti etibarlı əllərdədir

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri