16 oktyabr 2025 11:33
130

Yanvar-sentyabr ayları ərzində 70 milyona yaxın tibbi xidmət göstərilib

TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk 9 ayı ərzində ümumilikdə 18 625 310 müraciət qeydə alınıb. Bunlardan 391 717-si stasionar, 18 233 593-ü ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 4 % artım qeydə alınıb. 

“İki sahil” xəbər verir ki, yanvar-sentyabr ayları ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 68 583 058 tibbi xidmət göstərilib. Onlardan 8 783 837-si stasionar, 59 799 221-i ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artıb.

Yanvar-sentyabr ayları ərzində ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 278 222 (259 347 stasionar, 18 875 ambulator) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 2 % azalma qeydə alınıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə artım qeydə alınıb. Müvafiq dövr ərzində 28 914 799 sayda laborator müayinələr aparılıb ki, onların da 4 397 503-ü stasionar, 24 517 296-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.