18 oktyabr 2025 09:03
118

"TikTok"da canlı yayım açdı, söyüş söyən həmkəndlisini çayxanada döydü

Samux rayonunda çayxanada dava düşüb.

Hadisə rayonun Kolayır kəndində yerləşən "Qırmızı çayçı"adlanan obyektdə baş verib.

Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Mirzaman Məmmədov "TikTok" sosial şəbəkəsində canlı yayım açıb pul qazanırmış. O, bir neçə gün öncə canlı yayımda olarkən, həmkəndlisi Nicat Qasımov onu söyüb. Mirzaman "TikTok"da onu blok edib.

Səhər Mirzaman kənd ərazisində "Qırmızı çayçı" adlanan obyektdə olarkən, N.Qasımov çayxanaya gəlib, Mirzaman və onun dostu ilə rastlaşıb. Mirzaman ondan niyə söyüş söydüyünü soruşub və nəticədə dava düşüb. Dava zamanı Mirzaman Nicat Qasımovu döyüb.

N.Qasımov hadisə yerindən qaçmaq istəyərkən, Mirzamanın dostu onu tutaraq qaçmasına imkan verməyib. Mirzaman yenidən Nicatı döyməyə başlayıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Samux Rayon Məhkəməsinin qərarı ilə Mirzaman 30 sutka inzibati qaydada həbs edilib.

Oxu.Az