Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır. Rumıniya və Azərbaycan Avropa və Cənubi Qafqazı bir-birinə yaxınlaşdırmağı hədəfləyən vacib əlaqə təşəbbüslərində əsas tərəfdaşlardır", - paylaşımda qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib