Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yeni təyinat olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şamil Etibar oğlu Rzayev ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.
Qeyd edək ki, Ş.Rzayev 1974-cü ildə anadan olub. O, 2000-2001-ci illərdə ANAMA-da Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.
2024-cü ildə Azərbaycan Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.
"Report"
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib