Naxçıvan Diaqnostika Müalicə Mərkəzində muxtar respublikanın Səhiyyə Nazirliyinin təşkilatçılığı və Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü və Vətən Müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə şəhid ailələri üçün tibbi aksiya təşkil olunub.
“İki sahil” xəbər verir ki, aksiyanın məqsədi şəhid ailələrinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial qayğının davamlı təmin etdirilməsidir.
Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri terapevt, kardioloq, oftalmoloq, nevropatoloq, endokrinoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, laborator və diaqnostik xidmətlərdən keçiblər. Aksiya iştirakçılarına fərdi sağlamlıqla bağlı məsləhətlər verilib, profilaktik tədbirlər barədə məlumatlar təqdim olunub.
Şəhid ailələri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu cür aksiyalar dövlətin şəhid ailələrinə göstərdiyi daimi qayğının və yüksək ehtiramın bariz nümunəsidir.
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında texniki vasitələrdən istifadə ilə bağlı ibtidai istintaq tamamlanıb
Kamran Əsədovun bu qədər rahat davranması məni təəccübləndirdi - Məleykə Abbaszadə