Göygöl rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən restoranların birinin yaxınlığında qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Nürəddin Mehdiyevi və onun həyat yoldaşı 1952-ci il təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onlardan N.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir və Gəncə şəhərlərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Qadının vəziyyəti isə kafi qiymətləndirilir və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.