19.10.2025-ci il tarixdə 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs Naxçıvan Şəhər Xəstəxanasına hospitalizasiya edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ona hər iki bud-baldırın, sağ əlin said hissəsinin və qarın nahiyyəsinin cırılmış yarası diaqnozu qoyulub.
"Ona ilkin tibbi yardım göstərilib Travmatologiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti stabil qiymətləndirilir"- deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, Naxçıvanın Babək rayonunda ayı insanlara hücum edib. Hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Belə ki, ayı Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum çəkib.
***
Naxçıvanda ayı ata və oğula hücum edib.
“İki sahil” xəbər verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.
Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.
Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.