20 oktyabr 2025 12:11
117

Zəngilana köçürülmüş 360 şəxs məşğulluğa cəlb olunub

Zəngilana köçürülmüş sakinlərdən 360 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, 323 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən 29 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. 37 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Qeyd edilib ki, hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.