20 oktyabr 2025 14:58
106

Soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir şəxsin mobil telefonu və pul vəsaiti tanımadığı şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilib.

“İki sahil” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, zərərçəkənin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 31 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.