Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə noyabrın 4-də yekun yubiley tədbiri keçiriləcək.
Akademiyadan "İki sahil"ə bildirilib ki, bunu AMEA-nın prezident akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında söyləyib. O, yekun yubiley tədbirində 21 ölkənin akademiyasından 42 nümayəndənin iştirak edəcəyini, həmin günlərdə onların iştirakı ilə Akademiya Muzeyinin açılacağını, həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyasının, eləcə də “Yanardağ” Qoruğuna gəzintinin təşkil olunacağını söyləyib. Qeyd edib ki, noyabrın 5-də isə Türk dünyasının Elmlər Akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.