Bakının Sabunçu rayonunda oktyabrın 21-də 1980-ci il təvəllüdlü Emil Əliyevi öldürməkdə şübhəli bilinən şəxs tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.