21 oktyabr 2025 17:50
146

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

İsrailin "Arkia Israeli Airlines" aviaşirkəti oktyabrın 28-dən Təl-Əvivlə Bakı arasında birbaşa reysləri bərpa etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətə istinadən xəbər verir.

"Airbus" təyyarələri ilə uçuşlar həftədə üç dəfə: çərşənbə axşamı, çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Qeyd edək ki, "Arkia Israeli Airlines" 1949-cu ildə təsis edilmiş İsrailin ikinci ən böyük aviaşirkətidir.