22 oktyabr 2025 18:39
128

Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

Sabah Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.

Sumqayıt QİS bildirir ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.