NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, "Report"un diplomatik mənbədən əldə etdiyi məlumata görə, heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq.
Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda səfərdə olublar. Bu səfər çərçivəsində onlar Ermənistan prezidenti, baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək Ermənistan–NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb