23 oktyabr 2025 11:47
143

Deputatlar Vətən Müharibəsi Qəhrəmanının toyunda

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Anar Məmmədov və İlham Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Vətən müharibəsi qaziləri ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin toy şənliyində iştirak ediblər.

“İki sahil” xəbər verir ki, toy şənliyində çıxış edən qonaqlar hər iki gənci təbrik edərək onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb, valideynlərinə gözaydınlığı verib.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankları vurulur və ağır yaralanır.

Azər Abdullazadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad edilməsinə görə”, “Heydər Əliyevin 100 illik (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə onlara göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.