24 oktyabr 2025 13:15
490

Salyan RQİİ-nin nümunəvi əməkdaşları təltif edildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan Regional Qaz İstismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Sabirabad Xidmət Sahəsində baş tutan görüşdə Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Həmçinin əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra 14 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.