24 oktyabr 2025 13:45
129

Növbəti köç karvanı Xocalının Seyidbəyli və Daşbulaq kəndlərinə çatıb

Növbəti köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb.

“İki sahil” xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb. Bu mərhələdə köçürülən 61 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Seyidbəyli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib.

Daşbulaq kəndinə isə köçürülən 24 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib. Daşbulaq kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib.