Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
“İki sahil” xəbər verir ki, müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Polis İdarəsinin və RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Solnsev Dimitriy Aleksandroviçin şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarları üzərinə gül-çiçək dəstələri düzüldü.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
TƏBİB rəsmisi: Orqan köçürülməsi sahəsinin inkişafında icbari tibbi sığortanın tətbiqinin vacibliyini vurğulamalıyıq
Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi həllini gözləyən bəzi məsələləri ortaya çıxarıb
Əhliman Əmiraslanov: Dünyada orqana ehtiyacı olanların 90 faizi həyatını itirir
Həftəsonu ilə əlaqədar yol patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib