Vaşinqtonda avqustun 8-də imzalanmış Birgə Bəyannamə və digər əldə olunmuş tarixi razılıqlar regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında deyib.
O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma işlərindən, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb