Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, Aran RM-in rəisi polkovnik-leytenant Ramin Orucovun və şəxsi heyətin iştirakı ilə keçirilən ağacəkmə aksiyası Mərkəzin ərazisində təşkil olunub.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ edilməsi olub.
Ağacəkmə aksiyası çərçivəsində Regional Mərkəzin ərazisində eldar şamları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb