Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avstriya hökumətini və xalqını milli bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında paylaşım olunub.
"Avstriya Respublikasının Milli Günü münasibətilə Avstriya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Gününüz mübarək, Avstriya!", - paylaşımda qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb