29 oktyabr 2025 07:30
120

Seneqalda Fransa ordusunun törətdiyi qırğın araşdırılır

Seneqalın paytaxtı Dakar yaxınlığındakı Tyaroi hərbi məzarlığındakı bəzi qəbirlər açılıb.

“İki sahil” TV5 kanalına istinadla xəbər verir ki, məqsəd Fransa müstəmləkə ordusunun törətdiyi qırğınları araşdırmaqdır. Qeyd olunur ki, maaşlarının ödənilməsini tələb edən seneqallı döyüşçülər 1 dekabr 1944-cü ildə Fransa ordusu tərəfindən güllələnib.

Arxeoloq qrupunun rəhbəri Mustafa Sal bildirir ki, çıxarılan skeletlərin bəzilərinin ayaqlarında zəncir olub. Digərlərinin kəllə sümükləri sınıb, yaxud, bədən üzvləri yoxdur. Bir neçə döyüşçünün tabuta diri-diri qoyulduğu üzə çıxıb.

Əsgərlərin hansı şəraitdə öldürüldüyü genetik analiz nəticəsində məlum olacaq.

Fransanın keçmiş müstəmləkələri üçün arxivlər əlçatan olmadığı üçün bu cür cinayətlərin aşkara çıxarılmasında yeganə yol arxeoloji qazıntılar və DNT analizidir.