29 oktyabr 2025 09:40
109

Bakıda avtobus yanıb

Bakı şəhərinin Xəzər rayonunda “KARSAN” markalı avtobusun yanar hissələri yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.