Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, tanınmış iqtisadçı-ekspert və ictimai xadim Vüqar Orucun 50 illik yubileyi münasibətilə “Yarım Əsrin Manifesti” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Səhnəyə dəvət olunan yubilyar Vüqar Oruc çıxışında tədbir iştirakçılarına və onu bu illər ərzində dəstəkləyən bütün dostlarına təşəkkürünü bildirib. Onun həyat və fəaliyyət yoluna həsr olunmuş slayd və videoçarxlar nümayiş etdirilib, “Şuşa” rəqsinin ifası isə gecəyə milli ruh və vətənpərvərlik ovqatı bəxş edib.
Yubiley tədbirində müxtəlif qurumların rəhbərləri, sahibkarlar, elm və QHT nümayəndələri, eləcə də qardaş Türkiyədən gələn qonaqlar iştirak ediblər. Çıxış edənlər Vüqar Orucun iqtisadiyyat, qiymətləndirmə və ictimai fəaliyyət sahələrində göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər Yolçuyev Komitənin Vüqar Oruca təbrik məktubunu oxuyub və təqdim edib.
Çıxışlarda qeyd olunub ki, Vüqar Orucun rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub, dövlət və özəl sektorlarla əməkdaşlıq genişlənib, beynəlxalq layihələr uğurla icra olunub. O, həmçinin Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılmasının təşəbbüskarı və hazırkı prezidenti kimi türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verib.
Tədbirdə UNEC nümayəndələri, AQC İdarə Heyəti üzvləri, “Vecon Consulting” və “AZFİNANS” şirkətlərinin rəhbərləri, Xəzər İş Adamları Klubu və yubilyarın dostları çıxış edərək səmimi təbriklərini çatdırıblar. Yubilyara möhkəm can sağlığı, yeni uğurlar, Azərbaycan iqtisadi mühitinin inkişafında və qiymətləndirmə sektorunda davamlı nailiyyətlər arzulanıb.
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib