29 oktyabr 2025 10:48
114

Astarada 17 yaşlı qız toy gecəsi öldü - ŞOK!

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Onun hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.